71 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ kəşfiyyatının rəhbəri: “Ukrayna Rusiyanı geri oturdacaq, mən nikbinəm”

21 İyul 2023

“Ukrayna Rusiyanı geri oturtmağa müvəffəq olacaq. Mən Ukraynanın əks-hücum əməliyyatlarına nikbin yanaşıram”.

Telejurnal  “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

O, müvafiq bəyanatla Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik forumunda çıxış edib. U.Berns bildirib ki, Rusiya əhəmiyyətli struktur zəifliklərindən əziyyət çəkir. Bura aşağı əhval-ruhiyyə, zəif ümumi keyfiyyətlər, siyasi və hərbi rəhbərlik arasında iğtişaşlar daxildir: “Bu, çətin bir iş olacaq, lakin biz kəşfiyyat orqanı olaraq ukraynalıların irəliləyişinə kömək edəcək dəstək və kəşfiyyat məlumatlarının mübadiləsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, – U.Berns söyləyib.

MKİ rəhbəri həmçinin əlavə edib ki, Rusiyanın “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiya Prezidenti Vladimir Putinin sistemindəki bəzi əhəmiyyətli çatışmazlıqları üzə çıxarıb. Onun fikrincə, V.Putin qiyama həddindən artıq reaksiya verdiyini gizlətməyə çalışacaq.

Qeyd edək ki, müharibə başlayandan bəri U.Berns Ukraynaya bir neçə dəfə səfər edib. Lakin onun səfərləri həmişə məxfi saxlanılıb.

Bu yaxınlarda “Vaşinqton Post” qəzeti yazıb ki, U.Berns iyunun əvvəlində gizli şəkildə Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna kəşfiyyatının yüksək rütbəliləri ilə görüşüb, ona ərazini işğalçılardan azad etmək planları barədə məlumat verilib.

V.Zelenski U.Bernsin səfərləri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…