20 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ institutu: “Yevgeni Priqojin ya könüllü təslim olmalı, ya da müqavimət göstərməli idi”

24 İyun 2023

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin üsyana sağ qalmaq cəhdi kimi baxır”.

Telejurnal xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.

Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”i tamamilə özünü tabe etmək istiqamətindəki səyləri Priqojinin bu təşkilata nəzarəti tamamilə itirməsinə səbəb ola bilərdi: “Yevgen Priqojin ya könüllü təslim olmalı, ya da Müdafiə Nazirliyinə müqavimət göstərməli idi. O, həlledici qərar verməyə məcbur idi. Görünür, “Vaqner” rəhbərliyi ikinci variantı seçib”.

Amerikalı analitiklərin fikrincə, Y.Priqojin yüksək rütbəli rus zabitlərinin və hərbi qulluqçularının etimadını qazanmaq istəyirdi: “Ordu generalı Sergey Surovikin isə onun hərəkətlərini pislədi. Bu, onu deməyə əsas verir ki, “Vaqner” rəhbəri məqsədinə çata bilməyəcək”.

ABŞ institutu xatırladıb ki, Y.Priqojin bütün Rusiya ordusunu “Vaqner”ə qoşulmağa çağırıb: “O, müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu on minlərlə rus əsgərinin əbəs yerə ölümündə günahlandırıb. Y. Priqojin, çox güman “Vaqner”ə verilən dəstəklə bağlı yanılıb. Çünki “Vaqner”in əsas müttəfiqlərindən biri olan S. Surovikin belə “Vaqner”in şəxsi heyətini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb”.

Bildirilib ki, “Vaqner” in açıq-aşkar təhdidlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyində ciddi dəyişikliklərin olacağı gözlənilmir: “S. Şoyqu və V. Gerasimov Prezident Vladimir Putinə sadiq kadrlardır. Odur ki, V. Putin ehtimal edilən dəyişlikliyə imkan verməz”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi  Dmitri Peskov  vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…