198 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-ın Yuta ştatının parlamentində Azərbaycanın təqdimatı olub

21 Fevral 2022

ABŞ-ın Yuta Ştat Senatı və Nümayəndələr Palatasında Azərbaycanın təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, konsulluq ABŞ-ın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ştatlarından olan Yuta ilə son illərdə sıx əməkdaşlıq əlaqələri yaradıb. Yuta parlamenti dəfələrlə Azərbaycan ilə dostluğu və tərəfdaşlığı dəstəkləyən, ölkəmizin tolerantlıq ənənələrini təqdir edən bəyanatlar qəbul edib.
Senatın plenar iclasda çıxış edən senator Cin Deyvis Azərbaycan və Azərbaycan-Yuta münasibətləri barədə məlumat verib. Senator pandemiyadan öncə Azərbaycanın müxtəlif dini icmalarını təmsil edən din xadimlərindən ibarət nümayəndə heyətinin Yutaya səfər etdiyini diqqətə çatdırıb. Daha sonra C.Deyvis baş konsul Nəsimi Ağayevi senatorlara təqdim edib. Yuta Senatının sədri Stuart Adams Azərbaycanın dost ölkə olduğunu və bu dostluğun daha da gücləndirilməsinin zəruriliyini qeyd edib.
Yuta Ştatının Nümayəndələr Palatasının plenar iclasında çıxış edən deputat Karen Kvan bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini bildirərək, Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu, 300-dən çox ABŞ şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiklərini və Azərbaycan iqtisadiyyatına indiyədək 19 milyard ABŞ dolları məbləğində sərmayə qoyduqlarını diqqətə çatdırıb. Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayan K.Kvan burada müsəlmanların, xristianların və yəhudilərin dinc, dinlərarası harmoniya şəraitində birgə yaşadıqlarını və bu ənənələrin ölkəmizdə qədim tarixinin olduğunu bildirib. Sonra K.Kvan baş konsul Nəsimi Ağayevi Nümayəndələr Palatasının üzvlərinə təqdim edib.
Qeyd edək ki, təqdimatlardan öncə baş konsul N.Ağayev Senatın sədri S.Adams və Nümayəndələr Palatasının sədri Brad Uilson ilə görüşüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…