57 baxış
Bu yazını paylaşın
Müsahibə

”ABŞ-ın xarici siyasətində Çin beynəlxalq təhdiddir”- Məhəmməd Əsədullazadə

30 İyun 2023

Amerika Birləşmiş Ştatlarının Çinlə yaxınlaşma siyasəti, bu siyasətin mahiyyəti ilə bağlı Telejurnal.az-a  açıqlamasında Politoloq Məhəmməd Əsədullazadə  bildirib.

”Amerika Birləşmiş Ştatları ilə Çin arasından siyasi əlaqələr xüsusilə Tayvan məsələsinə görə böhran vəziyyətində idi, amma dövlət katibi Antony Blinken-in Çinə səfərindən sonra demək olar ki, bu münasibətlərdə bir yumşalma mərhələsinə keçid olunub.Amerika Birləşmiş Ştatlarının Çinlə arasındakı gərginlik, gördüyümüz kimi,Amerikanın siyasətini, xüsusilə Sakit okean hövzəsindəki siyasətini müəyyən dərəcədə təhdid edir, amma buna baxmayaraq, bu müvəqqəti bir yumşalma siyasətidir, çünki Çin və Amerika Birləşmiş Ştatları geopolitik rəqibdirlər.Dünyada geosiyasi proseslər fonunda tərəflər konkret olaraq mübarizə aparırlar.Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini tanımadığını vurğulasa da , bu məsələylə bağlı tərəflər arasında münasibətlər heç də hamar deyil.Hazırda Rusiyaya qarşı kollektiv qərbi mübarizə fonunda ABŞ Çinin Rusiyaya dəstəyinin qarşısını almağa çalışır.Elə bu fonda, Amerika Birləşmiş Ştatları Çinlə münasibətləri müəyyən bir mərhələdə sabit tutmağa çalışır.Ona görə də,  bu səfərlər həyata keçirilir, amma düşünürəm ki ABŞ-ın xarici siyasətində Çin ümumiyyətlə beynəlxalq təhdiddir və Çin də ABŞ-ı özünə təhdid hesab edir.Yeni dünya Nizamında Rusiya zəiflədikdən sonra Biz Çinlə ABŞ-ın yeni geopolitik qarşıdurmasının şahidi olacıyıq. Sadəcə olaraq indiki mərhələdə , Amerika Birləşmiş Ştatlarının xarici siyasətində Çinə qarşı sərt güclər istifadə etməsi müəyyən dərəcədə arxa plandadı və tərəflər iqtisadi, siyasi münasibətləri yeni müstəvidə davam etdirməyi qərarlaşdırıblar”

Nigar Əkbərova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…