37 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-ın üç şəhərində 28 May “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib

04 May 2022

ABŞ-ın Florida ştatının Hallandeyl Biç, Aventura və Mayami-Deyd şahərlərində 28 may tarixi “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib.

Bu barədə “TELEJURNAL”  Report-a istinadən xəbər verib.

Bildirilib ki, bununla əlaqədar Hallandeyl Biç şəhər meri Coy Kuper, Aventura şəhər meri Enid Vaysman, Mayami-Deyd Dairə Şurası Komissarlarının sədri Jоse “Pepe” Dias və mer Daniella Levin Kava bəyannamə imzalayıblar.

Bəyannamələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, ABŞ-la Azərbaycan Respublikası arasında strateji münasibətlər və tərəfdaşlıqdan bəhs olunub. Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirak etdikləri, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdikləri, 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolu nəzərə çatdırılıb.

Hər üç şəhərin rəsmiləri yerli sakinləri bu bayrama qoşulmağa və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Qərarların qəbul edilməsi Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının sədri Töhfə Eminovanın müraciəti əsasında gerçəkləşib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…