29 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib

23 Fevral 2022

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhərlərinin merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıblar.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Mitç Kolvin, Eleyn M. O’Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə Apeks, Darem, Fayetvill şəhərlərində, eyni zamanda, dünyada yaşayan Azərbaycan icması tərəfindən hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin dərin hüzn, kədər hissi ilə yad edildiyi qeyd olunub.
Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının töhfə verdiyinə diqqət cəlb edilib.
Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…