62 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-ın Sanni Ayls Biç şəhərində 2022-ci il 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan olunub

27 May 2022

ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 2022-ci il 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

TELEJURNAL xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququnun verilməsi barədə ətraflı danışıb. Qeyd edib ki, xalqımız Cümhuriyyət qurucularının miras qoyduqları irsi davam etdirərək çətin mübarizə yolu keçib və 1991-ci ilin payızında ölkəmizin dövlət müstəqilliyinin bərpasına nail olub.

Sonra şəhər meriyasının qəbul etdiyi Bəyannamə Esmira Bayramovaya təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…