35 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ-ın məqsədi Ukraynada Rusiyaın maksimum zəiflətməkdir – Alman siyasətçi

27 Mart 2023

“Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə son qoymaqda maraqlı deyil və Rusiyanın maksimum zəifləməsini özünün əsl məqsədi kimi görür”.

 

TELEJURNAL  xəbər verir ki, bunu Almaniya Sosial Demokrat Partiyasının keçmiş rəhbəri Oscar Lafontaine çərşənbə günü Almaniyanın “Focus” jurnalına müsahibəsində deyib.

“ABŞ sülhdə maraqlı deyil. Bunu həmişə müharibə naziri adlandırdığım müdafiə naziri (ABŞ-ın müdafiə naziri Lloyd Ostin) özü etiraf etdi. ABŞ Rusiya oxşar miqyasda döyüşmək qabiliyyətini itirənə qədər münaqişənin davam etməsini istəyir”, – deyə bildirib.

Siyasətçi Rusiyanın Ukraynadakı hərəkətlərini NATO-nun şərq istiqamətində davam edən genişlənməsi kontekstində özünümüdafiə ilə izah edib: “Heç bir dövlət boğazına bıçaq dirəyib yaşamaq istəməz. Raketlərin nüvə dövlətinin sərhədləri yaxınlığında yerləşdirilməsi qəbuledilməzdir”, – o qeyd edib.

“Putinin danışıqları istəməməsi ilə bağlı iddialar təbliğatdır”, – Lafontaine Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarından şüurlu şəkildə imtina etməsi ilə bağlı Qərb ölkələrində ümumi qəbul edilmiş vəziyyəti şərh etdi.

Qeyd edək ki, Oscar Lafontainenin ruspərəst mövqeydə olduğu bildirilir. O dəfələrlə Almaniyanın Ukraynaya silah verməsinin əleyhinə olduğunu açıq şəkildə bildirib. Almaniyanı bu müharibəyə hər hansı yardım vasitəsi ilə müdaxilə etməməyə çağırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…