28 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-ın İllinoys ştatında mayın 28-i Azərbaycanın Respublika Günü elan olunub – BƏYANNAMƏ

17 May 2023

ABŞ-ın İllinoys ştatının qubernatoru Jay Robert (J.B.) Pritzker 2023-cü ilin mayın 28-ni ştatda Azərbaycanın Respublika Günü elan olunması haqqında bəyannamə imzalayıb.

Telejurnal  xəbər verir ki, Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) üzvlərinə ünvanlanan bəyannamədə 15 aprel 2015-ci ildən fəaliyyət göstərən təşkilatın uğurlu fəaliyyətlərindən bəhs olunur.

Bəyannamədə Çikaqonun Azərbaycan icması üzvlərinin müxtəlif sahələrdə şəhərin mədəni və iqtisadi inkişafına, regional müxtəlifliyə, mədəniyyətlərarası dostluğa, eləcə də, sülhə və firavanlığa töhfə verdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, universal seçki hüququ verən ilk dövlətlərdən olan Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Dünyanın hər yerində yaşayan bütün azərbaycanlılar mayın 28-ni Azərbaycanın Respublika Günü kimi qeyd edirlər. Qubernator ştat sakinlərini bu günü azərbaycanlılarla birgə qeyd etməyə qoşulmağa səsləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…