455 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-ın Çikaqo şəhərində mayın 28-i Azərbaycanın Müstəqillik Günü elan olunub

24 May 2023

ABŞ-ın Çikaqo şəhərinin meri Brandon Johnson 28 may tarixinin şəhərdə Azərbaycanın Müstəqillik (Respublika) Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

TELEJURNAL  xəbər verir ki, bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda parlamentli demokratik respublikanın yaradıldığı xatırladılıb.

“1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlıları üçün böyük əhəmiyyət kəsb edir, onların zəngin mədəni irsini və milli kimliyini simvolizə edir”, – merin imzaladığı sənəddə bildirilib.

ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) üzvlərinə ünvanlanan məktubda 15 aprel 2015-ci ildən fəaliyyət göstərən təşkilatın uğurlarından da bəhs olunur: “Çikaqo şəhəri həmişə fərqli mədəniyyətləri ilə öyünən dünyanın hər yerindən gələn müxtəlif insanların icmalarına ev sahibliyi edib. Çikaqo şəhəri həm də, incəsənət və musiqi, elm və mədəniyyət, biznes və maliyyə, hüquq və hökumət sahələrində güclənmiş qürurlu və canlı Azərbaycan icmasının da evidir. ACMA iki ölkə arasında qarşılıqlı əlaqələri təşviq etmək üçün çalışır. Ona görə də Çikaqoda yaşayan azərbaycanlı sakinlər çoxdan öz həmkarları arasındadırlar”.

Mer şəhərdə yaşayan digər icmaların üzvlərini də Azərbaycanın Müstəqillik Gününü qeyd etməyə çağırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…