137 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-ın beyin mərkəzinin nümayəndələri azad edilmiş ərazilərdə yenidənqurma işləri barədə məlumatlandırılıb

09 Mart 2022

Martın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildiriblər ki, nazir Ceyhun Bayramov nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə ölkəmizin sədrlik etdiyi qurumlarda fəaliyyət, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, Azərbaycanın bu xüsusda irəli sürdüyü beynəlxalq təşəbbüslər və digər məsələlər barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir Ceyhun Bayramov bölgədə baş verən son hadisələr, o cümlədən münaqişədən sonra yaranan yeni vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanın yaranması, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin inkişafı, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…