30 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ Hörmüz boğazına F-16 və F-35 qırıcıları göndərəcək

18 İyul 2023

ABŞ maraqlarını və regionda naviqasiya təhlükəsizliyini qorumaq üçün F-35 və F-16 qırıcıları ilə birlikdə “USS Thomas Hubner” təyyarədaşıyan gəmisini Hörmüz boğazına göndərəcək.

Telejurnal  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Hörmüz boğazında son vaxtlar baş vermiş insidentlərə cavab olaraq, müdafiə naziri “USS Thomas Hubner” təyyarədaşıyan gəmisi, F-35 və F-16 qırıcılarının ABŞ Mərkəzi Komandanlığının ərazisinə yerləşdirilməsinə göstəriş verib.

Sinq əlavə edib ki, Hörmüz boğazında və ona bitişik sularda vəziyyətə nəzarət etmək imkanını genişləndirmək niyyətindədir.

Bundan əvvəl İranın dəniz qüvvələrinin Hörmüz boğazında iki neft tankerini ələ keçirməyə cəhd etməsi və Oman sahilləri yaxınlığında beynəlxalq sularda onlardan birinə atəş açması barədə məlumatlar yayılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…