57 baxış
Bu yazını paylaşın
Uncategorized

ABŞ generalı Ermənistanın mülki əhalini hədəf almasını qınadı

15 Oktyabr 2020
“Ermənistanın Azərbaycan şəhərlərini, əhəmiyyətli obyektlərini və ərazilərini hədəf alması güc tətbiqinin əhatəsinin genişlənməsidir”.
telejurnal Xəzər Siyasi Mərkəzinə istinadən xəbər verir ki, bunu ABŞ Ordusunun general-mayoru, təqaüddə olan hərbçi Maykl Repas (Michael Repass) bildirib.
“Xüsusilə də Ermənistanın Azərbaycan şəhərlərini qəsdən hədəfə alması müharibənin şiddətinin və miqyasının artdığını göstərir”, – ABŞ hərbçisi vurğulayıb.
O qeyd edib ki, bu hətta mülki əhaliyə də daha çox zərbə vurmağa hazır olduğunun potensial siqnalıdır.
ABŞ hərbçisi vurğulayıb ki, Ermənistanın münaqişə zonasından kənarda mülki hədəflərə hücum etməsi və bunun üçün ölümcül silahlardan istifadə etməsi münaqişənin şiddətində şaquli artımdır:
“Ermənistan həm də hücumların coğrafi əhatəsini genişləndirərək münaqişəni üfüqi şəkildə artırdı. Xüsusilə də bu uzaq mənzilli, yüksək dağıdıcı gücə malik raketlərin Dağlıq Qarabağdan deyil, Ermənistan ərazisindən atıldığı bildirilir və hədəflər münaqişə zonasından kənardır”.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…