15 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ ən mübahisəli məsələlərin həlli ilə bağlı Bakı və İrəvana təkliflər təqdim edib

24 May 2023

ABŞ administrasiyası Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.

Telejurnal xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində “irəliləyiş var”. “Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün görüşüb”, – o diqqətə çatdırıb.

Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Hoqanın sözlərinə görə, bu görüşdə “iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə” olub.

O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutması gözlənilən görüşdən danışarkən Hoqan qeyd edib ki, “işləri sona çatdırmaq üçün nə edilməli olduğuna diqqət yetiriləcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…