35 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya dəvət olunmamasının səbəbini açıqlayıb

14 İyul 2023

ABŞ Dövlət Departamenti Ukraynanın NATO-nun sammitində Alyansa niyə dəvət olunmadığını açıqlayıb.

Telejurnal  xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan bu barədə “RBK-Ukraina”ya müsahibəsində deyib.

O bildirib ki, bunun əsas səbəbi Ukraynada müharibənin davam etməsidir: “Biz Kiyevi NATO-ya dəvət etsəydik, Rusiya ilə birbaşa münaqişəyə girməli olacaqdıq. Amma bunu istəmirik”.

A.Kalanın sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü üçün bu ölkədə bəzi islahatlar aparılmalıdır: “Ukraynaya özünü müdafiə etmək, Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün kömək etmək lazımdır”.

Dövlət Departamentinin rəsmisi bildirib ki, NATO daxilindəki həmrəylik Rusiyaya aydın nümayiş etdirilməlidir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden üçüncü dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün Ukraynanın NATO-ya dəvət olunmadığını söyləmişdi.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…