109 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı birbaşa dialoqa çağırıb

04 May 2023

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır.

TELEJURNAL xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında birbaşa dialoqun mümkünlüyünə inanır.

V.Patel ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşlər barədə suala cavab olaraq əlavə məlumatı olmadığını bildirib: “Biz bir daha Cənubi Qafqaz regionunda sülhsevər gələcəyin təşviqinə sadiq qalırıq”.

O, A.Blinkenin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün açılışına qatılanda, eləcə də ötən gecə şam yeməyində salamlamaq imkanı olduğunu söyləyib: “ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu prosesdə fəal iştirak etməkdə davam edir. Ancaq proses davam etdiyi üçün hadisələri qabaqlamaq istəmirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…