24 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ-dan Rusiyaya ixrac son bir neçə ayda 97 faiz azalıb

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

ABŞ-dan Rusiyaya mal ixracı aprel ayına nisbətən mayda 13 faizdən çox azalaraq 77,4 milyon dollar olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin iyulun 7-də dərc olunmuş hesabatında yer alıb.

Rusiya mallarının ABŞ-a idxalı isə may ayında 1,1 milyard dollaradək azalıb və ölkələr arasında xarici ticarət əməliyyatlarında mənfi balans 1 milyard dollara çatıb. İxracın kəskin enməsi Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq tətbiq edilən sanksiyalar fonunda baş verib. Belə ki, fevralda ABŞ Rusiyaya 498 milyon dollar dəyərində mal göndərdiyi halda, martda bu göstərici yalnız 101 milyon dollar təşkil edib. Aprel ayında ixracın həcmi azalmağa davam edərək 89 milyon dollara enib.

Ağ evin iyunun sonlarında yaydığı məlumata görə, son bir neçə ayda ABŞ-dan Rusiyaya ixrac, o cümlədən vacib texnologiyalar ixracı təxminən 97 faiz azalıb. Həmçinin Rusiyaya qlobal yarımkeçiricilər ixracında 90 faizə yaxın azalma qeydə alınıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…