74 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ-dan Rusiyaya daha bir zərbə: Yeni qanun layihəsi hazırlanır

30 Sentyabr 2020

ABŞ senatorları Con Barrasso və Martin Heinrik ən azı 2040-a qədər Rusiyadan uran idxalını məhdudlaşdırmaq üçün hazırlanmış qanun layihəsini Konqresə təqdim edib.

“telejurnal” “Qaynarinfo”a istinadən xəbər verir ki, RT bu barədə “Rusiya Federasiyasından uran idxalına dair məhdudiyyətlərin uzadılması və genişləndirilməsi haqqında Qanuna” istinad edərək yazır.

Vayominqdən olan senator Con Barrasso qeyd edib ki, Rusiyadan alınan ucuz nüvə yanacağı bu mənbənin ABŞ-da istehsalını “zədələyir”. Qanunvericiyə görə, Rusiya urandan “geosiyasi silah” kimi istifadə edir. Barrasso bunun ABŞ-ın həm enerji, həm də milli təhlükəsizliyi üçün bir təhlükə olduğunu söyləyib.

Senatorlar Rusiyanın aşağı zənginləşdirilmiş uran tədarükü üçün kvota həcmini 2021-ci ildə 595,7 tondan 2040-cı ilədək 267,7 tona qədər azaltmaq təşəbbüsü ilə çıxış ediblər.

Buna görə ABŞ qanunvericiləri kritik milli təhlükəsizlik maraqlarını qorumaq üçün uran idxalından asılılığı azaltmaq istəyirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…