45 baxış
Bu yazını paylaşın
İctimai

ABŞ-dan olan tədqiqatçı alimlər Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

04 Avqust 2022

Azərbaycan–ABŞ Lerik arxeoloji layihə çərçivəsində Pensilvaniya Universitetinin əməkdaşı Lara Fabian və Kolqeyt Universitetinin tədqiqatçısı Hanna Lau AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar.

Bu barədə TELEJURNAL-a Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli və şöbə müdiri Səfər Aşurovun iştirak etdiyi görüşdə Azərbaycan-ABŞ elmi əməkdaşlığı müzakirə olunub.

Görüş zamanı Azərbaycan-ABŞ Lerik arxeoloji layihəsi çərçivəsində institutun Cənub-Şərq dağlıq ərazilərindəki antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminli ilə birlikdə Lerik rayonu ərazisində tədqiqatların davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Birgə tədqiqatların səmərəliliyini qeyd edən baş direktor qazıntılardan əldə edilən nümunələrin ABŞ-ın nüfuzlu elmi laboratoriyalarında analiz olunmasının önəmindən danışıb və müştərək ekspedisiyanın işinə uğurlar arzulayıb. Tədqiqatlar zamanı arxeoloji qazıntılarla yanaşı abidələrin xəritələşməsi işləri də nəzərdə tutulub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…