191 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ-da “Xocalı Soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” başlıqlı kitabça nəşr olunub

27 Fevral 2022

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin səyləri ilə “Xocalı Soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” başlıqlı kitabça nəşr olunub.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, kitabçanın 25 fevral tarixində ABŞ-ın nüfuzlu Kennedi Mərkəzinin “Ədalət Forumu” zalında Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş anım tədbirində ilk təqdimatı keçirilib.

Qeyd edilən nəşrdə ABŞ-ın nüfuzlu The Washington Post, The New York Times, The Wall Street Journal, Los Angeles Times, The Boston Globe, Chicago Tribune, The Philadelphia Inquirer və s. mətbu orqanlarında nəşr olunmuş məqalələr, qərb müəlliflərinin kitablarından çıxarışlar və beynəlxalq hesabatlardan yazılar əks olunub. Müvafiq məqalələr ABŞ Konqresinin kitabxanasının arxivindən toplanıb.

Nəşrin ABŞ-da aidiyyəti dövlət qurumlarına və Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Kitabça ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür:

https://washington.mfa.gov.az/files/shares/5mb

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…