29 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ-da məktəbdə kütləvi qırğın törədəcəyi barədə hədələyən şəxs həbs edilib

16 İyun 2022

Vaşinqton,  16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Kanzas ştatının Blu-Sprinqs şəhərinin polis idarəsi bildirib ki, polis zabitləri 19 yaşlı bir kişini saxlayıblar. Həmin şəxs yerli məktəblərin birində qırğın törədəcəyi barədə hədə-qorxu gəlməkdə şübhəli sayılır.

çərşənbə günü naməlum şəxs polis idarəsinə zəng vuraraq kütləvi atəş açılacağı barədə məlumat verib. Bundan sonra Kanzas-Siti rayonunda məktəblərdə məşğələlər ləğv edilib. Departament nümayəndəsinin sözlərinə görə, polis idarəsinə zəng vurmuş Blu-Sprinqs sakini polis zabitlərinə bildirib ki, kütləvi atəş açılacağı barədə məlumat sosial şəbəkədə yayılıb. Polislər bir neçə saat ərzində üç evi müşahidə altında saxlayıblar. Şübhəli şəxs həmin evlərin birində yaşayır.

Şübhəli şəxs həbs ediləndən sonra məlum olub ki, o, yerli məktəbin keçmiş şagirdidir. Onun kriminal tarixi yoxdur. Bununla belə, Hyuz deyib ki, son bir neçə həftə ərzində ABŞ-ın müxtəlif şəhərlərində törədilmiş kütləvi qətllər fonunda hüquq-mühafizə orqanları bütün hədələrə ciddi yanaşır. O qeyd edib ki, polis bu hədə barədə məlumat alandan dərhal sonra Blu-Sprinqs məktəblər idarəsinin müdiriyyətinə məlumat verib və federal təhqiqatlar bürosu şübhəli şəxsin kimliyini müəyyən etməyə kömək göstərib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…