24 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ-da bir qallon benzinin qiyməti 4,50 dollara düşüb.

20 İyul 2022

ABŞ Avtomobil Assosiasiyasının məlumatına görə, iyulun 19-da ölkənin bütün ərazisində benzinin orta qiyməti may ayının ortalarından bəri ilk dəfə bir qallon üçün 4,50 dollardan aşağı olub.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, beləliklə benzinin orta qiyməti keçən ay pik həddinə – 1 qallon üçün 5,01 dollara çatandan sonra 10 faizdən çox ucuzlaşıb.

Benzinin orta qiymətinin ən yüksək olduğu Kaliforniya ştatında 1 qallon benzinin qiyməti 5,87 dollardır. Hərçənd, son bir ayda həmin qiymət 8 faizdən çox azalıb.

Benzinin orta qiymətinin ən aşağı olduğu Cənubi Kaliforniya ştatında isə 1 qallon benzinin dəyəri 3,99 dollardır.

Ekspertlər bildirirlər ki, yay fəslində qiymətlərin artması turizm bumu ilə bağlı olub. Bu vəziyyətdə ölkə yollarında avtomobillərdən daha çox istifadə etməyə başlayıblar.

Bundan əlavə, Ukraynada davam edən münaqişə də dünya enerji bazarında xam neftin qıtlığına şərait yaradıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…