56 baxış
Bu yazını paylaşın
İqtisadi

ABB bizneslər üçün tam yeni “İnternet Bank” xidmətini təqdim etdi

29 Dekabr 2021

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, etibarlı biznes tərəfdaşı olan ABB korporativ müştərilərin rahatlığı məqsədilə tam yeni “İnternet Bank” xidmətini təqdim edib. ABB-nin təqdim etdiyi bu rəqəmsal həll istifadənin indi daha rahat və sadə olması, əməliyyatların sürətliliyi ilə seçilir.

Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən “İnternet Bank” vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər.

ABB bizneslərin ehtiyaclarını nəzərə alaraq yeni İnternet Bank xidmətini daha da təkmilləşdirəcək. Xidmətə yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə “İnternet Bank”a bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya olunacaq.

ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli hazırda bankın korporativ müştərilərinin həyata keçirdikləri əməliyyatların 90 faizinin “İnternet Bank” vasitəsilə yerinə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, yeni “İnternet Bank” xidmətini ABB-nin Rəqəmsal inkişaf mərkəzi tamamilə yenidən qurub: “Yeni “İnternet Bank” xidmətimiz müştərilərimizin işini daha da asanlaşdıracaq. Onlar xidmətin rahatlığından, geniş funksionallıqlarından, sadəliyindən və sürətindən məmnun qalacaqlar”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

https://azertag.az/xeber/_ABB_biznesler_uchun_tam_yeni_Internet_Bank_xidmetini_teqdim_etdi-1964252

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…