32 baxış
Bu yazını paylaşın
Cəmiyyət

60 yaşdan yuxarı müəllimlərin imtahanlara dəvətləri ləğv olundu

18 İyun 2023

“Sertifikasiya imtahanında iştirak etmək istəyən yaşı 60 və yuxarı olan müəllimlərin 20 iyundən başlayaraq sertifikatlaşdırma imtahanlarına dəvət olunmuş müəllimlərin dəvətləri ləğv olunub”.

 

“Telejurnal” xəbər verir ki, bununla bağlı məlumatı Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi yayıb.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən 15.09.2023 tarixinə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunmuşdur. Buna müvafiq olaraq sözügedən təhsilverənlərin 20-24 iyun tarixlərində keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur:

 

“Nəzərinizə çatdırırq ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, imtahana hazırlaşan 60+ yaşlı müəllimlərin nömrələrinə də bununla bağlı mesajlar göndərilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…