290 baxış
Bu yazını paylaşın
Uncategorized

Esse müsabiqəsinin birincisi-Fatimə Zeynalovanın yazısı.

26 İyun 2023

Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan “28 May – Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı təşkil etdiyi esse müsabiqəsinin birincisi Fatimə Zeynalovanın müsabiqəyə təqdim etdiyi esse:

Qaranlıqda boğularkən ümidim,

Dan ulduzu yürüşündən yarandın!

Masəvadan uçmuş birər kölgənin

Dan yeriylə görüşündən yarandın!

Gözəllikçin təbiətlə qüdrətin

Yavaşca bir sovuşundan yarandın!

Qələm əldə ilhamını dinlərkən

Sen qəlbimin vuruşundan yarandın!

“Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz!..”

Sözlərimə Əhməd Cavadın şeirilə başlamaq istədim. Azadlığı sevənlərin anlayacağı bir şeir ilə. Hər kəs azadlığı istəyər,yəqin ki,amma azadlığı arzulamaq üçün ona aşiq olmaq lazım. İnsanı təmənnasız fədakarlığa ruhlandıran, içdən gələn və böyük olan o sevgidən gedir söhbət. Vətən sevgisi…

Bilirsiz nəyə bənzəyir,Vətən sevgisi?Susuzluqdan boğazın quruyar,amma geridə qoyduğun insanları suya doyuzdurmadan o suyu dilinə vurmamağa bənzəyir.Bizim də susuzluqdan boğazı quruyan,lakin yolundan heç vaxt dönməyən,xalq uğruna,millət,bayraq,himn və yoxdan var yaratmaq uğruna mübarizə aparanımız var idi. Haqqında yazmaq belə tərəddüddə qoyur məni,çünki onun haqqında yazmaq üçün belə,onu dərk etmək,buna layiq olmaq lazımdır. Məhəmməd Əmin Rəsulzadə,

Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın böyük oğlu. Bildiyimiz kimi 28 may respublika günüdür.1918-ci il 28 may Azərbaycan Xalq

Cumhuriyyətinin yarandığı gün kimi hər il qeyd olunur. Onu da qeyd edim ki,1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.Tarixçilərin verdiyi məlumata görə, 1917-ci ildə Rusiyada baş verən fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918 27 may Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920)-müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi.

Məhəmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilib.O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi. Bunlar və anlaya,hiss edə bilməyəcəyimiz onlarla addım.Bütün bunlar bilirsiz nə demək idi? Yoxdan Var yaratmaq idi. Yaratmaq Tanrıya məxsusdu və ,bəlkə də Tanrı Rəsulzadə ilə silahdaşlarını özündən bir parça verərək göndərmişdi bizə.

Digər maraqlı bir fakt isə Məhəmməd Əmin Rəsulzadə 1953-cüil mayın 28 də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi.Səs yazısı 60 ildir “Amerikanın səsi”nin arxivində qorunub saxlanır.

Bizlər o nəslin övladlarıyıq. Bu gerçəkliyi dananlar,tarixini unudanlara acıq Rəsulzadə irsini qoruyub saxlamaq üçün mübarizə aparmalıyıq.

Sən

Azadlıq eşqindən “şəkər”ə tutuldun,

Hər şeyini vətən üçün unutdun:

Ananı, oğul-qızını.

Bizi “acılar” öldürəcək..

Bu günkü körpələr

Səni yaxşı tanımır ,

Ən yaxşı müəllim tarixdir,

Onun kitabı

Həmişə oxunacaq.

Biz səni ucaltmadıq,

Səni Zaman ucaldacaq.

 

 

 

 

 

 

 

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…