24.10.2024 22:29:06
98 baxış
Bu yazını paylaşın
İqtisadi

Azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb – Mikayıl Cabbarov

12 Dekabr 2020

Azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb - Mikayıl Cabbarov (ƏLAVƏ OLUNUB)

Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyatı qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb.

Telejurnal.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, sənəd müzakirə edilir və hökumətə təqdim ediləcək:

“Həmin konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələr, şəhərsalma və ərazi qurulması ilə bağlı olan məsələlərdə təbii ki zəruri hüquqi-iqtisadi-maliyyə güzəştləri və təşviqlər sistemi nəzərdə tutulur.

Eyni zamanda, bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq təxirəsalınmaz layihələr artıq həyata keçirilir. Burada xüsusən dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal təchizat kimi məsələləri qeyd etmək olar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…
Back To Top