65 baxış
Bu yazını paylaşın
Dünya

Moldova prezidentinin inaqurasiyasına xarici qonaqlar qatılmayacaq

08 Dekabr 2020

 Moldova prezidentinin inaqurasiyasına xarici qonaqlar qatılmayacaq

Mayya Sandu

Moldovanın yeni prezidenti Mayya Sandunun 24 dekabrda vəzifəsinin icrasına başlama mərasimi pandemiyaya görə xarici qonaqlarsız olacaq.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, bu barədə “ProTV” telekanalının efirində çıxış edən Sandu deyib.

“Pandemiyaya görə xarici qonaqların dəvətindən imtina etmək lazım gəldi – biz yoluxma təhlükəsi yaratmaq istəmirik. Buna görə, parlamentin deputatlarının və başqa rəsmi şəxslərin olmasını nəzərdə tutan qanunun əksinə olaraq mərasim çox sadə keçiriləcək”, – Sandu deyib.

Moldovada noyabrın 15-də keçirilən prezident seçkilərinin ikinci turunda Fəaliyyət və Həmrəylik Partiyasının lideri, sabiq baş nazir Mayya Sandu qalib gəlib. O, seçkilərdə 57,75 faiz səs toplayıb. Hazırkı dövlət başçısı İqor Dodona isə seçicilərin 42,28 faizi səs verib. İqor Dodonun səlahiyyət müddəti dekabrın 23-də başa çatır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…