55 baxış
Bu yazını paylaşın
Dünya

KİV: Ermənistan prezidenti açıq oyuna başlayıb

27 Noyabr 2020

KİV: Ermənistan prezidenti açıq oyuna başlayıb

Armen Sarkisyan

Ermənistan prezidenti Armen Sarkisyan susqunluğu pozaraq fəal oyuna başlayıb.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, “İrates” qəzeti bu barədə məqalə dərc edib.

“Armen Sarkisyan 2,5 il sükut etdi. Baş nazir kreslosunu zəbt etmiş, psixoloji cəhətdən anormal şəxsin min bir anti-konstitusiya addımlarına dözüm göstərərək gözlərini yumdu.

Butafor (teatr səhnəsini quraşdıran – “Report”) prezident Armen Sarkisyan cəmiyyətin ovqatını araşdıraraq hökumətin və baş nazirin istefasını tələb etdi. Deyirlər ki, prezident mövcud vəziyyətdən “quru” çıxmaq, eyni zamanda parlament seçkilərində iştirak edib, qalib gəlmək üçün parlamentə öz komandasını göndərmək istəyir.

Nəhayət, Ermənistanda Britaniyanın müəyyən dairələrinin açıq istəklərini dəstəkləyəcək, parlamentdə prezident Sarkisyanın maraqlarını təmsil edəcək öz adamlarından ibarət komandanı formalaşdırıb”, – qəzet yazıb.

Qeyd edək ki, Armen Sarkisyan prezident olmazdan əvvəl Ermənistanın Britaniyada səfiri olub. Onun prezidentliyə namizədliyini keçmiş prezident Serj Sarqsyan irəli sürüb. A.Sarkisyan həm də iş adamı kimi tanınır.

Xatırladaq ki, noyabrın 16-da Armen Sarkisyan baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…