58 baxış
Bu yazını paylaşın
Uncategorized

24 Noyabr 2020

Azərbaycanda 51 COVID-19 xəstəsi barəsində cinayət işi başlanıldı

HADİSƏ

274
24 Noyabr , 2020 12:52
Azərbaycanda 51 COVID-19 xəstəsi barəsində cinayət işi başlanıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə “Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılır.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, TƏBİB-dən daxil olmuş məlumatlara Daxiliİşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilməklə zəruri tədbirlər görülür, “Covid-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılır.

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “COVID-19” xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv “COVID-19” xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…