164 baxış
Bu yazını paylaşın
Cəmiyyət

21-ci əsrin qlobal-ekoloji problemi:Ozon təbəqəsi

14 İyun 2023

Ekoloji problemlər arasında ilk sıralarda özünə yer tutan məsələlərdən biri də ozon təbəqəsi ilə bağlıdır. Hal-hazırda,Dünya 21-ci əsrin ən qlobal problemi ilə üz-üzə dayanmışdır. Bu problemin dərinliyini,vacibliyini anlamaq üçün ilk öncə “Ozon təbəqəsi nədir?” sualını aydınlaşdırmalıyıq.

Ozon təbəqəsi, stratosferin (yer atmosferinin) üst hissəsində, 10 ilə 50 kilometr hündürlükdə yerləşir. Bu təbəqədə olan ozon, atmosferə təsir göstərən ultrabənövşəyi (UV) şüalarını səngidəcək qüvvəyə malikdir.

150 milyon uzaqlığımızda olan günəş olmasaydı Yer kürəsində yaşayış mövcud olmazdı. Günəşdən Yer səthinə enən ultrabənövşəyi şüalar insan sağlığına,həmçinin ətraf aləmə ciddi zərərlər yetirə bilər. Əgər,Ozon təbəqəsi olmasaydı Yer səthi UV şüalarına daha çox məruz qalardı,bu da canlıların DNA-sının pozulmasına,göz,dəri,xərçəng kimi ciddi xəstəliklərin sayının artmasına yol açardı.

Yer kürəsinin incə zirehi adlanan ozon təbəqəsi indi deşilmək üzrədir. Alimlərin fikrincə, bu, Günəşin səthində gedən aktiv proseslərdən asılıdır. Bu mülahizələrə əks mövqedə duran fikirlər də var. Bir çox alim deşilmə təhlükəsinin qarşısının nisbətən alındığını,bu prosesin ləngidiyini bildirir. Avropa Kosmik Agentliyinin iki il əvvəl açıqladığı hesabatda bildirilib ki, Antraktida üzərindəki ozon qatı zədələnməsinə görə rekord həddə çatıb. Son 10 ildə atmosferdəki ozon təbəqəsinin təxminən 0,3 faizinin dağıldığı bildirilib.

Ozon təbəqəsinin zərər çəkməsi,incəlməsi, qlobal istilik və buzlaqların əriməsinə də gətirib çıxara bilir. Son yüz ildə dünya ümumi illik ortalama temperaturunun 0,6 dərəcəyə qədər artması qlobal istilik problemi yaratır. Bu artım, atmosferdəki qazlarının toplanması və günəş işıqlarının Yer səthinə geri qayıtmasını təmin edir. Ozon təbəqəsi, atmosferin yuxarı qatlarındadır və zərərli günəş işıqlarının böyük bir hissəsini absorblayan qoruyucu təbəqədir. Ozon təbəqəsinin incəlməsi və ya deşilməsi halında, yerə çatan zararlı ultrabənövşəyi (UV) şüaların miqdarı artır. Bu da buzlaqların əriməsi prosesini sürətləndirir.

Artan ultrabənövşəyi şüalar buzlaqların əriməsinə yol açdığı kimi,dəniz səviyyələrinin 10-15 sm yüksəldiyi də müşahidə olunur. Bu, əriyən buzlaqların okeanlara təsirinin və su səviyyələrinin yüksəlməsinin bir nəticəsidir.
Bu faktorlar birgə olduğunda, ozon təbəqəsinin azalması, qlobal istilik və buzlaqların əriməsi ilə əlaqəli məsələlərə səbəb ola bilər.


Bu potensial təhlükələrə cavab olaraq, 1987-ci ildə təşkil edilən “Montreal Protokolu” adlanan beynəlxalq müqaviləni misal göstərmək olar. Müqavilə Ozon təbəqəsinin qorunması məqsədilə işləyir. Bu protokol çərçivəsində, Xloroflorokarbonların (CFC) istehsalı və istifadəsi məhdudlaşdırılır, əvəzedici kimi alternativ maddələrin təşkili ilə bağlı işlər görür.

Son illərdə, Ozon təbəqəsinin nisbətən səmərəli bir şəkildə bərpa edildiyi bildirilmişdir. Bu, müqavilənin şərtlərinə əməl edilməsi ilə bağlıdır, lakin ozon təbəqəsinin tam bərpası üçün daha çox vaxt və təşəbbüs tələb olunur.

Xülasə, deyə bilərik ki, ozon təbəqəsi dünya üzərindəki həyat üçün mühüm qoruyucu məqamda yerləşən təbəqədir. Qlobal təşkilatlar və siyasətçilər, ozon təbəqəsini qorumaq üçün inkişafı davam etdirməlidirlər, bu,planetimizin gələcəkdə təhlükəsiz bir gələcəyə sahib olması yolunda atılacaq ən mühüm addımdır.

 

Fatimə Nəsirli

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…