30 baxış
Bu yazını paylaşın
Dünya

2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək bütün şəhərlər müəyyənləşib

17 İyun 2022

Bakı, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FİFA) Şimali Amerikanın 2026-cı il dünya çempionatının oyunlarına ev sahibliyi edəcək 16 şəhərinin adını açıqlayıb.

oyunlar ABŞ-ın 11, Meksikanın 3, Kanadanın 2 stadionunda keçiriləcək. Belə ki, oyunlara ABŞ şəhərlərindən Nyu-York/Nyu Cersi (MetLife Stadionu), Los Anceles (SoFi Stadionu), Dallas (AT&T Stadionu), San Fransisko (Levi’s Stadionu), Mayami (Hard Rock Stadionu), Atlanta (Mercedes-Benz Stadionu), Siettl (Lumen Field Stadionu), Hyuston (NRG Stadionu), Filadelfiya (Lincoln Financial Field Stadionu), Kanzas Siti, Missuri ştatı (Arrowhead Stadionu) və Boston (Gillette Stadionu) ev sahibliyi edəcək. 1994-cü il dünya çempionatının finalının keçirildiyi Rose Bowl stadionu budəfəki oyunlar üçün məkan olaraq seçilməyib. Əvəzində yarış Los-Ancelesin daha yeni SoFi Stadionunda olacaq.

Meksika və Kanadada isə oyunlar Qvadalaxara (Estadio Akron), Monterrey (Estadio BBVA Bancomer), Mexiko şəhəri (Estadio Azteca), Toronto (BMO Field Stadionu) və Vankuverdə (BC Place Stadionu) baş tutacaq.

2026-cı il dünya çempionatı üç fərqli ölkənin ev sahibliyi edəcəyi ilk turnir olacaq. Eyni zamanda, bu yarışa ənənəvi olaraq 32 deyil, 48 komanda qatılacaq.

Ümumilikdə, çempionat çərçivəsində ABŞ-da 60, Meksika və Kanadada isə 10 oyun keçiriləcək. Tədbir 1/4 final mərhələsinə çatdıqdan sonra bütün qalan pley-off oyunları ABŞ-da təşkil ediləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…