136 baxış
Bu yazını paylaşın
İctimai

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Sprint yarışından sonra mətbuat konfransı keçirilib

30 Aprel 2023

29 aprel tarixində Bakı şəhərində Formula 1 mövsümünün ilk Sprint yarışından sonra mətbuat konfransı keçirildi. Konfransda yarışın qalibi “Red Bull” komandasının pilotu Serxio Peres, ikinci və üçüncü yerlərin sahibləri “Ferrari” komandasının pilotu Şarl Lekler və “Red Bull” komandasının digər pilotu Maks Ferstappen yarış haqqında ilkin təəssüratlarını bölüşdülər.

 

Mövsümün ilk Sprint yarışının qalibi Serxio Peres rəqibi Şarl Leklerin yarış boyu sürətinin yaxşı olduğunu və bolid təkərinin gücündən maksimum istifadə etdiyini qeyd etdi. “Hal-hazırda hər hansı bir kiçik səhv bütün top komandalar üçün çox baha başa gələ bilər” deyən Sprint yarışının lideri yarışlarda maksimum dərəcədə diqqətli olmağın əsas nüanslardan biri olduğunu dilə gətirdi.

Şarl Lekler bu yarışda tutduğu yerdən və komandasından razılığını bildirdi. Ötən Avstraliya Qran Prisi ilə müqayisədə daha güclü olduqlarını da konfransda qeyd etdi. “Sizin üçün 2023-cü il mövsümü Azərbaycan Qran Prisində başlayıb?” sualını o belə cavablandırdı: “Bilmirəm, lakin təkcə onu deyə bilərəm ki, bu yarış mənə əvvəlki yarışların nə qədər uğursuz olduğunu göstərdi. İlk yarışlar uğurlu deyildi amma ümid edirəm ki, komandaya xal gətirmə şansım olacaq.”

Rəqabətlə dolu Sprint yarışını üçüncü yerlə bitirən digər “Red Bull” komandasının pilotu Maks Ferstappen bolidin zədələnməsinə çox təəssüfləndiyini və bu zədənin bolidin balansına gözlədiyindən daha çox təsir etdiyini bildirdi.

Sprint yarışından sonra pilotların yenilənən xal cədvəlinə əsasən 75 xalla “Red Bull” komandasının pilotu və hazırki dünya çempionu Maks Ferstappen liderlik edir. Onun komanda yoldaşı Serxio Peres 62 xalla ikinci, “Aston Martin” komandasının pilotu Fernando Alonso isə 48 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, 30 aprel tarixində 2023 Formula 1 Azərbaycan Qran Prisi saat 15:00-da baş tutacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…