284 baxış
Bu yazını paylaşın
Siyasi

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

20 Yanvar 2022

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi-psixoloji və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
“TELEJURNAL” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, eləcə də faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət ediblər. Həmçinin hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar nümayiş etdirilib, kitab sərgiləri açılıb.
Azərbaycan Ordusunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…