20 baxış
Bu yazını paylaşın
İctimai

15 sentyabr 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsi və Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı görüş keçirilib

15 Sentyabr 2022

14 sentyabr 2022-ci ildə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təşkilatçılığı ilə Bakının erməni-bolşevik işğalından azad edilməsi və Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar olaraq görüş keçirilib.  AOPE-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Quliyevin “TELEJURNAL.AZ” saytına verdiyi məlumata görə, görüşdə bir qrup QHT nümayəndəsi və fəal gənclər də iştirak etmişdir.

Görüşü açılış nitqi ilə AOPE-nin İdarə Heyətinin sədri Emin Əliyev açaraq, qonaqları salamladı və bu tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirdi. Emin Əliyev çıxışının davamında Azərbaycan və Türkiyənin qardaşlığının tarixindən və müasir dövrdə müttəfiqlik münasibətləri barədə çıxış edib. Emin Əliyev 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq paytaxtımızı erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışarkən bu tarixi günün daha təntənəli qeyd olunmasının vacibliyini bildirdi. Daha sonra Emin Əliyev çıxışı zamanı ermənilərin 100 ildən daha çox vaxt keçməsinə baxmayaraq yenə eyni ideya ilə işğalçı və təxribatçı xislətindən əl çəkmədiklərini bildirdi və 12 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələrinin Qarabağda genişmiqyaslı təxribatlar haqqında ətraflı məlumat verdi.

Tədbirin davamında “Gənclərin Töhfəsi” İB-nin baş katibi Taleh Mansurov, “GUYS” İB-nin sədri Mübariz Quliyev, İnkişafçı gənc platformasının rəhbəri Rəvan Nəcəfov və digər gənclər çıxış edərək Bakının işğaldan azad edilməsi və Qarabağda baş verən proseslərlə bağlı öz fikirlərini bölüşdülər.

Yekunda bütün tədbir iştirakçıları şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar arzu edərək bu haqlı və müqəddəs savaşımızda ölkə başçısı cənab İlham Əliyevin ətrafında birləşərək yeni qələbələr qazanıb tarixi torpaqlarımıza qovuşacağımıza inandıqlarını bildirdilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…