47 baxış
Bu yazını paylaşın
Dünya

26 Aprel 2022

Iraqın xüsusi xidmət orqanları ilə özünümüdafiə dəstəsinin birlikdə keçirdikləri əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının bir sıra üzvləri həbs edilib.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, bu barədə özünümüdafiə dəstəsinin komandiri Qasım Mösləh məlumat verib. O bildirib ki, xüsusi xidmət orqanları ilə birlikdə İraqın Əl-Anbar vilayətində keçirilən əməliyyat nəticəsində gizlənən terrorçular və onlara məxsus silah-sursat anbarları aşkar edilib.

Qeyd edək ki, İraqda törədilən bir sıra terrorlardan sonra Prezident Mustafa Kazemi xüsusi xidmət orqanlarına terrorçuların ölkə ərazisindəki fəaliyyətinə son qoymaq barədə qəti tapşırıq qoymuşdu.

Qasım Mösləh bildirib ki, Əl-Anbar vilayətində keçirilən əməliyyat terrora qarşı mübarizənin birinci mərhələsidir. Onun sözlərinə görə, ölkənin digər vilayətlərində də xüsusi əməliyyatlar keçiriləcək.

Nəzərə çatdıraq ki, 2017-ci ildə İŞİD qruplaşmasının İraq ordusu tərəfindən məhv edilməsinə baxmayaraq, bəzi üzvləri bir araya gələrək ölkənin müxtəlif vilayətlərində terrorçuluqla məşğul olmağa davam edirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…